08.09.2025, 22:34
AZ EN
08.09.2025, 17:51 15

ABŞ rəsmiləri Zəngəzura görə İrəvana gəlir

XƏBƏRLƏR
  • ABŞ nümayəndə heyəti Zəngəzur dəhlizi ilə bağlı razılaşmaların həyata keçirilməsi prosesini izləmək üçün yaxın günlərdə Ermənistana səfər edəcək. Səfər zamanı "Tramp yolu" və ya qısaca olaraq "TRIPP layihəsi" adlandırılan nəqliyyat dəhlizinə dair işlərlə məşğul olan komissiyanın üzvləri ilə müzakirələr aparılacaq.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan "Past" qəzeti məlumat yayıb. Bildirilir ki,  amerikalılar “Tramp yolu”nun açılması ilə bağlı atılacaq addımları müzakirə etmək üçün bu həftə İrəvana planlaşdırıb. Qeyd olunur ki, Zəngəzur dəhlizinin açılması barədə siyasi qərar verilsə də, layihənin həyata keçirilməsi üçün hansı konkret addımlar atılacağı hələ müəyyənləşməyib.

"Məlum olan yalnız odur ki, Sünikdən (Qərbi Zəngəzur - red.) keçən yol 99 il müddətinə ABŞ-a icarəyə verilir. Ehtimal olunur ki, marşrutun icarə müddəti yalnız bir dəfə uzadılmaqla ümumilikdə 198 il (99 il + 99 il) olacaq. Ermənistan bu marşrut üzrə Azərbaycan avtomobillərinin maneəsiz keçidini təmin etməyi öhdəsinə götürüb", - deyə qəzet yazır.

Məqalədə o da bildirilir ki, Amerikanın nümayəndə heyəti məhz bu məsələləri dəqiqləşdirmək, Ermənistan tərəfinin layihə ilə bağlı hazırlığına dəstək vermək məqsədilə İrəvana gələcək. Amerika hökumətinin nümayəndələri qapalı formatda keçiriləcək müzakirələr zamanı dəhlizə nəzarət mexanizmləri və icarənin şərtləri barədə dəqiqləşdirmələr aparacaqlar. Müxtəlif səviyyəli görüşlərin əsas gündəminə təkcə Zəngəzur dəhlizi ilə bağlı texniki məsələlər deyil, həm də bütövlükdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin siyasi aspektlərə aiddir.

Nəşr Zəngəzur dəhlizinə ABŞ ilə yanaşı, Türkiyənin də nəzarət edəcəyini iddia edib: “Paşinyanın Sünikə gətirdiyi özəl Amerika şirkətinin arxasında kimin olması xüsusilə maraqlıdır. İqtisadçılar və ekspertlər Türkiyəni Zəngəzur dəhlizinin əsas benefisiarı hesab edirlər. Çünki dəhlizin özəl Amerika şirkətinə icarəyə verilməsi təşəbbüsü də məhz Ankaradan gəlib.  Veriləcək qərarlar regionda yeni logistik reallıq formalaşdıracaq. Azərbaycan maşınları Sünikdən maneəsiz keçəcək, Ermənistan isə onları yoxlamayacaq”.

Elxan SALAHOV

Oxşar xəbərlər