Bu sözləri açıqlamasında ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri, amerikalı ekspert Riçard Hoqland deyib. O, bildirib ki, bu qrup onilliklər ərzində Azərbaycanla Ermənistan arasındakı Qarabağ probleminin həlli üçün danışıqlar aparıb.
“İndi hələ işlənəcək detallar var. Çox, müsbət haldır ki, Bakı və İrəvan indi birlikdə işləyirlər. Bu, o deməkdir ki, Minsk qrupuna həqiqətən də artıq ehtiyac yoxdur. Bu keçmişdə qaldı və gələcəyə doğru irəliləmək lazımdır”, - deyə Hoqland əlavə edib. (AZƏRTAC)