13.01.2025, 03:52
AZ EN
12.01.2025, 10:44 57

Deputat: Azərbaycanlılara qarşı vəhşiliklər, soyqırımı törətmiş erməni cəlladları gec-tez cəzalarını alacaqlar

XƏBƏRLƏR
  • Birinci Qarabağ müharibəsi dövründə ermənilər azərbaycanlılara qarşı qəddarlıq nümayiş etdirib, soyqırımına yol veriblər.

Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

Deputat deyib ki, Xocalı, Meşəli, Başlıbel, Qaradağlı və digər yaşayış məntəqələrində soyqırımı törədilib: “Bir neçə gün əvvəl Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın üzə çıxan etirafları da bunu təsdiqlədi. Həm də ermənilərin özlərinin törətdikləri bu cinayətlərlə öyündüklərinin, fəxr etdiklərinin şahidi olduq. Çoxsaylı faktlar sübut edir ki, erməni cəlladları faşistlərin belə tətbiq etmədikləri üsullardan istifadə edərək azərbaycanlılara qarşı ağır cinayətlərə, vəhşiliklərə yol veriblər. Bədən üzvlərinin kəsilməsi, qaynar samovarın insanların belinə bağlanması, uşaqlara, yaşlılara rəhm edilməməsi bu cinayətlərin hansı masştabda, hansı vəhşiliklərlə törədildiyini açıq-aşkar göstərir”.

Ceyhun Məmmədov qeyd edib ki, bu cinayətlər, vəhşiliklər və soyqırımının faktlarla sübutunu tapmasına baxmayaraq, dünya birliyi erməni cəlladlarının cinayətlərinə hüquqi qiymət vermir: “Bu gün də azərbaycanlılara qarşı belə cinayətlər törətmiş erməni cəlladlarının bir qismi Ermənistanda və digər ölkələrdə sərbəst gəzir, rahat yaşayırlar”.

Deputat Azərbaycanın öz gücünə torpaqlarını azad etdiyini vurğulayıb: “Növbəti mərhələdə isə bu cinayətkarların bəziləri həbs edildi, onların cəzalandırılması istiqamətində addımların atılmasına, tədbirlərin görülməsinə başlanıldı. Azərbaycan bu istiqamətdə addımlarını davam etdirir. Bu cinayətləri törədən erməni cəlladları gec-tez cəzalarını alacaqlar, törətdikləri əməllərə hüquqi qiymət veriləcək. Digər dövlətləri də bu prosesə dəstək verməli, beynəlxalq hüququn tələbləri yerinə yetirilməlidir”. (APA)

Oxşar xəbərlər