"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib. O, qeyd edib ki, sərhədlərin açılması məsələsində Türkiyə və Azərbaycan eyni mövqedən çıxış edir və hər iki tərəflə danışıqlarda Ermənistan hökumətinin nümayəndələri bu məsələni xüsusi diqqətdə saxlamağa çalışır: “Çünki sərhədlərin açılması bizim üçün çox vacibdir. Artıq Azərbaycanla sülh müqaviləsi paraflanıb və mənim məntiqim onu göstərir ki, müqavilə imzalanandan sonra ən qısa vaxtda Ermənistan-Türkiyə sərhədləri açılacaq. İnfrastrukturun ən qısa müddətdə blokdan çıxarılması həm də Türkiyənin maraqlarına uyğundur. Hazırda Türkiyə ilə kifayət qədər dinamik dialoqumuz var, inanırıq ki, Bakı-İrəvan anlaşması Türkiyə ilə sərhədlərin açılmasını sürətləndirəcək”.
Ararat Mirziyan əlavə edib ki, Türkiyə ilə sərhədlərin açılması Ermənistanın avropaya yollarının açılması və bütövlükdə iqtisadi blokadanın aradan qaldırılması deməkdir. Onun sözlərinə görə, yollar və sərhədlərin açılması Ermənistanın uzun illərdən bəri apardığı siyasətin məntiqi nəticəsi kimi böyük əhəmiyyət daşıyır: "“Ermənistanın blokadadan çıxması iqtisadi inkişafımıza təkan verəcək. İnanırıq ki, siyasi və regional proseslər, o cümlədən blokadanın aradan qaldırılması, Azərbaycan və Türkiyə ilə sərhədlərin, kommunikasiya xətlərinin açılması Ermənistanı çətinliklərdən xilas edəcək. Blokadanın ləğvi xüsusilə sənayeyə yeni keyfiyyət və yeni ölçü gətirəcək”.
Elxan SALAHOV