Qeyd edək ki, 44 ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı Azərbaycan Milli Şəhərsalma Forumu şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkan yaradacaq və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi, müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynayacaq. Ölkəmizdə ilk dəfə məhz Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da nadir və uğurlu platformadır.
“Baku TV”-nin əməkdaşı forumda bir neçə xarici nümayəndənin fikirlərini öyrənib. Həmin fikirləri oxucularımıza da çatdırırıq.
Marselina Zielinska, britaniyalı memar: “Azərbaycann işğal edilmiş ərazilərində infrastrukturun bərpası dərin təsir bağışlayır. Mən həm müharibədən sonra, həm də bu yaxınlarda Şuşada olmuşam. Hazırda orada forumlar, festivallar keçirilir. Təbii ki, işğal olunmuş ərazilərin bərpası ilə bağlı hələ çox işlər görüləcək. Ancaq indiki irliləyiş çox yaxşıdır”.
Maimuna Mond Şərif, BMT-nin məskunlaşma proqramının icraçı direktoru: “Dünyada iqlim dəyişikliyi, Covid-19 kimi pandemiyalar və başqa maneələr şəhərsalma üçün problemlər yaradır. Bu gün Ağdamda keçirilən forum Azərbaycanın bu ərazilərində gördüyü işlərin, ölkənin texniki təcrübəsinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov həmin televiziyaya müsahibəsində bildirdi ki, Azərbaycan hökuməti böyük bir maqalayihə həyata keçirir ki, bunu acaq öz daxili gücü və vəsaiti hesabına reallaşdırır. Bu bütün dünya üçün maraqlı olmaqla yanaşı həm də bir örnəkdir. E.Hüseynov onu da qeyd edib ki, Baza infrastrukturları ilə bağlı əsas layihələr artıq ykunlaşmaq üzrədir. Gələn ildən sosial təsisatlar, həm şəhərin mərkəzi, həm də kəndləri ilə bağlı bərpa-quruculuq işləri, yəni böyük qayıdışın işğaldan azad olunmuş ərazilərdə tam olaraq həyatın bərpasına xidmət edən əsas layihələrə start veriləcək.
Hazırladı: Mina RƏŞİD