Bu barədə Belçika Xarici İşlər Nazirliyindən ölkə parlamentinin bu yaxınlarda qəbul etdiyi qətnamədə ifadə olunan mövqeyə hökumətin yanaşması barədə suala cavab olaraq bildirilib.
"Biz BMT-nin ərazi bütövlüyü, suverenlik və insan hüquqlarına hörmət prinsipləri əsasında davamlı sülhü və regional inkişafı dəstəkləyirik. Belçika Avropa İttifaqının fəal üzvü olaraq, Cənubi Qafqaz regionunda münaqişələrin sülh yolu ilə həllini və beynəlxalq hüquqa riayət olunmasını ardıcıl şəkildə dəstəkləyir", - XİN-dən bildirilib. (Report)