26.07.2025, 03:30
AZ EN
24.07.2025, 18:30 114

Nazir: Türkiyə Zəngəzur dəhlizi ilə bağlı məsələyə töhfə verməyə çalışır

XƏBƏRLƏR
  • Türkiyə Zəngəzur dəhlizi ilə bağlı məsələyə töhfə verməyə çalışır.

Bunu ölkənin nəqliyyat və infrastuktur naziri Abdulkadir Uraloğlu deyib.

O bildirib ki, Azərbaycan və Ermənistan bu məsələ ətrafında lazımi müzakirələri davam etdirir: "Güman edirəm ki, bu məsələ çox uzun çəkmədən həllini tapacaq. Beləliklə,Türk dünyasına daha qısa yol açılacaq".

Nazir söyləyib ki, nəqliyyat dəhlizləri Türkiyə üçün vacibdir: "Azərbaycan həm quru, həm də dəmiryolu ilə bağlı işlərini davam etdirir. Biz də Qars-Iğdır-Naxçıvan xətti ilə bağlı işlərə bu il başlayırıq".(Report)

Oxşar xəbərlər