26.04.2024, 00:58
AZ EN
06.10.2022, 07:00 224

Monteneqrolu jurnalist: "Ermənilərin Gəncədəki vəhşiliyini xalqıma çatdıracam"

XƏBƏRLƏR
  • Gəncədə səfərdə olan Monteneqronun Milli Radio və Televiziya Kanalının müxbiri Edin Krnic ermənilərin şəhərdə törətdiyi terror hadisələrini ölkəsinə çatdıracağını bildirib.

Müsahibə verən jurnalist ermənilər tərəfindən Gəncə şəhərində dinc insanların qətlə yetirilməsindən üzüldüyünü bildirib.

"Ermənilər hərbi güclərini döyüş zonasında yox, dinc insanların yaşadığı şəhərlərdə, rayonlarda göstəriblər. Bu ərazidə uşaqlar, ailələr raket atəşinə tutulublar. Onlar günahsız insanları qətlə yetiriblər. Bundan çox təəssüflənirəm.

Mən hazırda özümü azərbaycanlı hiss edirəm. Müharibə zamanı Gəncədə və digər yerlərdə ermənilər tərəfindən törədilən müharibə cinayətlərini Monteneqro xalqına çatdıracam", - Edin Krnic deyib.

Qeyd edək ki, bu gün xarici media orqanlarının bir qrup nümayəndəsi Gəncə şəhərinə səfər edib. Onlar şəhərdə Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən törədilən terror hadisələrinin baş verdiyi ərazilərdə olublar. (Report)

Oxşar xəbərlər