19.07.2025, 12:49
AZ EN
18.07.2025, 18:58 106

Səfir: Azərbaycan və Peru əlaqələrinin daha da təkmilləşdirilməsinə ehtiyac var

XƏBƏRLƏR
  • Azərbaycanla Peru arasında əlaqələr pozitivdir və bu münasibətlərin daha da təkmilləşdirilməsinə ehtiyac olduğu üçün fəaliyyətlər davam edir.

Bunu Perunun Azərbaycandakı qeyri-rezident səfiri Sezar Auqusto de las Kasas Dias ölkəsinin Milli Günü ilə əlaqədar Ankaradakı iqamətgahında təşkil etdiyi ziyafət çərçivəsində Türkiyə bürosuna açıqlamasında bildirib.

Səfir deyib ki, sentyabr-oktyabr aylarında Azərbaycana səfər etməyi planlaşdırır.

Diplomat bu aylarda Bakıda keçiriləcək beynəlxalq sərgilərdə iştirak üçün dəvət aldığını da deyib:

“Bakıda Perunun marka və investisiyalarını tanıtmaq, təbliğ etmək marağındayıq. Səfər çərçivəsində Azərbaycan Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - (AZPROMO), eləcə də digər müxtəlif dövlət qurumları ilə müvafiq əməkdaşlıq imkanlarının müzakirəsini planlayırıq. Səfərimiz zamanı Peru mədəniyyətinin təbliği üçün mədəniyyət fəaliyyətlərimizlə bağlı müzakirələr də gözlənilir”. (Report)

Oxşar xəbərlər