"Vətən səsi" xəbər verir ki, bu barədə İran İslam Respublikasının səfiri Mehdi Sobhani Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib. O, qeyd edib ki, Ermənistanın Avropaya inteqrasiya adı altında qərbə yaxınlaşmasının zərərli tərəfləri iki qonnşu ölkəl arasında açıq müzakirə edilib və İrəvan Avropa ilə əməkdaşlığın regionun maraqlarına zərbə vurmayacağına əmindir. Başqa sözlə, Ermənistan hakimiyyəti İran rəsmilərini əmin edib ki, digər ölkələrlə, o cümlədən Avropa ölkələri ilə əməkdaşlığın inkişafı İrəvanla Tehran arasında münasibətlərə ziyan vurmayacaq.
Mehdi Sobhani "İrəvanın xarici siyasətini diversifikasiya etmək cəhdlərini necə qəbul edirsiniz" sualına cavab verərkən deyib ki, Tehran erməni dostlarına güvənir. O, hesab edir ki, Ermənistan hökuməti İranla əməkdaşlığa kifayət qədər həssas yanaşır.
Səfir bildirib ki, Tehran həmçinin regionda sülhün və sabitliyin möhkəmləndirilməsində, İrəvanın qonşuları arasında dinc yanaşı yaşamasında maraqlıdır.
Elxan SALAHOV