11.07.2025, 14:57
AZ EN
11.07.2025, 09:59 130

“Euronews”: "Əbu-Dabi görüşü Cənubi Qafqazın gələcəyini müəyyən edəcək"

XƏBƏRLƏR
  • “Ermənistan və Azərbaycan Rusiyanı Cənubi Qafqazdan sıxışdırır”.

"Vətən səsi" xəbər verir ki, bu barədə “Euronews”da məlumat dərc olunub. Bildirilir ki, Ermənistan və Azərbaycan liderlərinin sülh sazişini yekunlaşdırmaq üçün Əbu-Dabidə bir araya gəlməsi çərçivə sazişi mətninin böyük hissəsi razılaşdırıldıqdan sonra ilk rəsmi ikitərəfli görüşdür: "Görüşün nəticələri son məqamda Cənubi Qafqazın gələcəyini müəyyən edəcək. Bu, həm də ona görə tarixi görüş hesab olunur ki, Rusiya ilk dəfə Ermənistan-Azərbaycan münaqişəsinin həllində iştirak etməyəcək. Həm Bakı, həm də İrəvan Kremldən uzaqlaşır. Çünki son bir neçə ildə Rusiya ilə münasibətlər xeyli pisləşib. Əbu-Dabidəki danışıqlar Ermənistanın baş naziri ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında oxşar ikitərəfli görüşdən sonra baş tutub. Ukraynada bataqlığa düşməklə Moskva postsovet məkanında öz təsirini tədricən itirir”.

Xatırladaq ki, iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən görüşü Azərbayan və Ermənistan rəhbərliyi arasında indiyə qədər keçirilmiş müzakirələrin ən əhəmiyyətlisi hesab olunur. Görüşdə ölkə rəhbərləri ilə yanaşı hər iki ölkənin xarici işlər nazirləri, xarici siyasət üzrə köməkçilər, sərhədlərin dəqiqləşdirilməsi və nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası üzrə işçi qrupunun sədrləri də iştirak edib. Tərəflər ikitərəfli görüşlərin davam etdirilməsi və müntəzəm xarakter alması barədə razılıq əldə edib. Bu isə danışıqlar prosesinin sülh müqaviləsinin imzalanması ehtimalını əhəmiyyətli dərəcədə artırıb.

Elxan SALAHOV

Oxşar xəbərlər