"Vətən səsi" xəbər verir ki, bunu Stenford Universitetinin milliyyətcə erməni siyasi elmlər doktoru Artur Xaçikyan 12 günlük İran-İsrail müharibəsi kontekstində Yaxın Şərqdə baş verənlərin qlobal hadisələrə təsirini şərh edərkən bildirib. O, deyib ki, İsrail və ABŞ tərəfindən İrana qarşı baş verənlər beynəlxalq hüququ, BMT Nizamnaməsini və Nüvə Silahlarının Yayılmaması Müqaviləsini ciddi şəkildə gözdən salır: "İranın məğlubiyyəti Rusiya, Çin üçün son dərəcə arzuolunmazdır, bu, BRİKS-ə, bütün nəqliyyat layihələrinə zərbədir, Çinin iqtisadi maraqlarına zərbədir".
Xaçikyan bildirib ki, hazırda Türkiyə və Azərbaycanın Ermənistan hakimiyyətinə təzyiq göstərmək və ondan əlavə güzəştlər almaq üçün əlverişli şərait yaranıb. Onun sözlərinə görə, son aylar istər Yaxın Şəqrdə, istərsə də Qafqaz regionunda baş verən proseslər Azərbaycanın xeyrinədir, çünki çəkindirici qüvvənin diqqəti yayınıb: "İstisna olunmur ki, yaxın gələcəkdə “Zəngəzurun plan çubuğu”nu endirməli olduğumuz haqda eşidəcəyik. Biri deyəcək ki, bu, sadəcə yoldur, Azərbaycan isə deyəcək ki, xeyr, dəhlizdir. Necə adlandırmaq istəyirsinizsə, elə adlandırın, ola bilsin, avtomobillərin gömrük nəzarəti üçün dayanması da vacib deyil. Yəni, Overton pəncərəsi getdikcə daha da açılacaq. Risk var ki, bizim xəbərimiz olmayan razılaşmalar mövcuddur və dəhlizdən sonra, yaxud paralel şəkildə azərbaycanlıların Ermənistana qayıdışı məsələsi gündəmə gətiriləcək. Bəs onlar harada yaşayacaqlar? Hansı kəndlərdən biz erməni əhalisini çıxarmalıyıq ki, bunu edə bilək? Bunu bizə hələ demirlər. Nə olacaq bilinmir”,.
Elxan SALAHOV