25.06.2025, 10:37
AZ EN
25.06.2025, 03:05 110

Qərbi Azərbaycan Xronikası: Ermənilərin yerləşdirildiyi Oğuz yurdu

XƏBƏRLƏR
  • Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə "Baku TV"də "Sasun, Taron və Muş ermənilərinin yerləşdirildiyi Oğuz yurdu" adlı süjet hazırlanıb.

Süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Aşağı Qarakoymaz, Aşağı Qaraçimən, Aşağı Qarxın toponimi haqqında söz açılır.

Bildirilir ki, Qərbi Azərbaycanın tarixi yerlərinin saxtalaşdırılması, yaşayış məskənlərində Oğuz türklərinin izinin itirilməsi, tarix boyu ermənilərin xain və məkrli siyasətindən qaynaqlanıb.

Müxtəlif vasitə və bəhanələrlə əhalisi vəhşicəsinə qovulan qədim yurd yerlərimiz kimsəsizləşdirilməyə, yadlaşdırılmağa çalışılıb: “Amma bu gün Qərbi Azərbaycana qayıdış reallığının erməniləri təşvişə salması təsadüfi deyil. Çünki doğma torpaqlara dönüş onların haqqı olmaqla yanaşı, bizi gözləyən yaşayış məntəqələrimizin adının və özünün yaşaması deməkdir”.

Qeyd edək ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmuş, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır. (Report)

Oxşar xəbərlər