21.06.2025, 19:48
AZ EN
21.06.2025, 15:53 228

Fələstin səfiri Qarabağın gözəlliyinə heyran qalıb: Buraya böyük məmuniyyətlə qayıdacağam

XƏBƏRLƏR
  • Qarabağ Azərbaycanın bənzərsiz gözəlliyini nümayiş etdirir və mən buraya bir daha gəlməkdən məmnun olardım.

Bu barədə xarici diplomatik korpusun azad edilmiş ərazilərə səfəri çərçivəsində Fələstinin Azərbaycandakı səfiri Əhməd Bittani bildirib.

"Bu, həqiqətən çox gözəl bölgədir", - diplomat qeyd edib.

Səfir həmçinin azad edilmiş ərazilərin, xüsusilə də işğal zamanı dağıntıların miqyasına görə tez-tez "Qafqazın Xirosiması" adlandırılan Ağdam şəhərinin tam bərpa olunacağına və erməni işğalının izlərinin silinəcəyinə ümidvar olduğunu deyib.

"Əminəm ki, gələcəkdə burada çox gözəl bir şəhər olacaq", - səfir vurğulayıb və gələcəkdə azad edilmiş ərazilərə bir daha böyük məmnuniyyətlə səfər edəcəyini söyləyib. (Report)

Oxşar xəbərlər