Bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov "X"də yazıb.
"Səfər zamanı aparılan konstruktiv müzakirələr Azərbaycan-İrlandiya və Azərbaycan-Aİ münasibətlərinə, həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesinə və digər məsələlərə həsr olunub",- deyə diplomat qeyd edib.
Məlumata görə, E.Əmirbəyovun İrlandiya səfəri artıq başa çatıb. (Report)