20.06.2025, 15:43
AZ EN
20.06.2025, 09:50 148

Ermənistan heç vaxt suveren dövlət olmayıb - Paşinyan etiraf etdi

XƏBƏRLƏR
  • "Biz Dağlıq Qarabağı (Qarabağ - red.) itirmədik, amma Ermənistan Respublikasını tapdıq və bu, həqiqətdir".

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə 2024-cü il büdcəsinin icrasının müzakirəsi zamanı deyib. O, qeyd edib ki, 2022-ci il oktyabrın 6-dan Ermənistan Respublikasının ərazi bütövlüyünü tanıyan ilk Ermənistan lideri olub: "Müxalifətimiz bu faktdan belə bir məntiqlə istifadə edir ki, mən Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyan və Azərbaycanın ərazi bütövlüyünü tanıyan ilk liderəm. Məhz o anda biz özümüzə sual verməli olduq: biz özümüz Ermənistan Respublikasının ərazi bütövlüyünü tanıyırıqmı? Mənim üçün forpostun baş nazirliyindən (2018-2019-cu illəri nəzərdə tutur) Ermənistan Respublikasının baş nazirinə çevrilmənin sona çatdığı məqamdır ki, biz Qarabağı itirmədik, amma Ermənistan Respublikasını tapdıq və bu, həqiqətdir".

Paşinyan bu açıqlaması ilə Ermənistan müxalifətinin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan Ermənistanın ilk baş naziri olması ilə bağlı ittihamları ilə də razılaşmadığını dilə gətirib. Bununla belə, o,  Rusiya və İranı nəzərdə tutaraq əlavə edib ki, "Qarabağ məsələsindən Ermənistan Respublikası müstəqil və suveren dövlətə çevrilməsin deyə ilgək kimi istifadə olunub, indi isə Ermənistan Respublikası suveren dövlət olur”.

Elxan SALAHOV

Oxşar xəbərlər