29.05.2025, 02:26
AZ EN
27.05.2025, 18:50 112

Zaxarova Dərbənddəki Azərbaycan teatrının yenidənqurmadan sonra açılacağını bildirib

XƏBƏRLƏR
  • Dağıstanın Dərbənd şəhərindəki Azərbaycan teatrının bərpası başa çatmaq üzrədir və tezliklə açılacaq.

Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Mahaçqalada keçirilən brifinqdə bildirib.

"Dağıstan xalqlarının mədəni müxtəlifliyindən danışmaya bilmərəm: folklor, xalq sənəti çoxdan tanınan brendə çevrilib. Respublikada 11 milli teatr fəaliyyət göstərir. Dünən Dərbənddə Azərbaycan teatrının bərpasının başa çatdığını gördük - o, artıq açılmaq üzrədir. Burada qədimdən müxtəlif sənətlər, bədii metalişləmə, daş üzərində oyma geniş inkişaf edib", - o qeyd edib. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR