H.Kılıc daha sonra vurğulayıb: “Bu önəmli birliyi yaradan və əməyi keçən, ayrıca məni Türk Ağsaqqalları Birliyinin Türkiyə və Türk dünyası üzrə həmsədri seçən dəyərli qardaş və bacılarıma təşəkkür edirəm. Bu müqəddəs yola çıxdıq. Yolumuz açıq olsun. Millətiməz xidmət etmək şərəfdir. Ömrümün sonuna qədər millətimə xidmət etməyə qərarlıyam”, - deyə tanınmış diplomat bildirib.
Qeyd edək ki, Türk Ağsaqqallar Birliyi yarandığı ilk aylarda Təşkilat Komitəsində Hulusi bəylə bağlı məsələ gündəmə çıxarılıb, tanınmış diplomat Türk dünyası və Türkiyə-Azərbaycan əlaqələrinin inkişafındakı xidmətlərinə görə bu vəzifəyə layiq görülüb.
Biz də öz növbəmizdə Hulusi Kılıcı təbrik edir, ona bu müqəddəs işdə böyük uğurlar arzulayırıq.
Tahirə AĞAMİRZƏ