Bunu Milli Məclisin deputatı Qaya Məmmədov "İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfrans çərçivəsində təşkil edilən “Dəyişən dünyada İslam mədəni irsinin qorunması” mövzusunda panel iclasda söyləyib.
“Təxminən bir əsr əvvəl Qərbi Azərbaycanda – indiki Ermənistan ərazisində azərbaycanlılar etnik çoxluq təşkil edirdilər. Bu insanların hamısı Ermənistandan deportasiya olundu. Onların torpaqlarında yeni bir dövlət yaradıldı və həmin dövlət BMT-yə üzv qəbul edildi. Biz İslam Əməkdaşlıq Təşkilatı (İƏT) daxilində bir çox oxşar hallarda birlik göstərmişik. Amma İƏT ölkələrinin qarşılaşdığı problemlər içində bizim üzləşdiyimiz vəziyyətin miqyası və dərinliyi bənzərsizdir", - deyə Q.Məmmədov qeyd edib. (AZƏRTAC)