01.08.2025, 16:53
AZ EN
21.05.2025, 14:50 274

Lavrovdan Ermənistana ciddi xəbərdarlıq

XƏBƏRLƏR
  • "Avropa İttifaqı fəaldır, öz mexanizmlərini Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda inkişaf etdirməyə çalışır".

"Vətən səsi" xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, Rusiya Ermənistanın Avropa İttifaqı ölkələri ilə yaxınlaşmasına pis baxmır. Amma regional maraqlar həmin regionun reallıqlarlna uyğun  olması da mütləq nəzərə alınmalıdır: "Heç kim heç kimə dünyanın hər hansı ölkəsi ilə münasibətləri inkişaf etdirməyi qadağan edə bilməz, lakin bu, başqasına yönəlmiş oyun olmamalıdır. Siz gəlib deyə bilməzsiniz ki, biz sizə maraqlı layihələr təklif edirik, amma bunun müqabilində başqası ilə təmasları dayandırmalısınız. Bu, “parçala, hökmranlıq et” prinsipidir və bu prinsipdə heç bir demokratik element yoxdur".

Ararat Mirzoyan isə öz növbəsində Rusiyalı jurnalistin İrəvanın Avropa İttifaqına üzvlüyü ilə bağlı sualı cavablandırarkən ona əsəbi reaksiya verib: “Ermənistan Respublikası Avropa İttifaqına üzvlük üçün ərizə təqdim etməyib və bu istiqamətdə heç bir danışıqlar aparılmır. Buna görə də baş verməmiş bir hadisə barədə belə sualların ortaya çıxması yersizdir, mən belə bir ssenariyə münasibət bildirə bilmərəm”.

Daha sonra Rusiyanın xarici işlər naziri Avropa İttifaqının Ermənistanda müşahidə missiyası yerləşdirmək istəyi ilə bağlı narazılığını dilə gətirib. Sergey Lavrov erməni həmkarı ilə bigə mətbuat konfransında "Ermənistanın “ukraynalaşması” üçün heç bir səbəb görmürəm" deməkdən də çəkinməyib. O, brifinqdə erməni jurnalistin Ermənistanda “Ukrayna ssenarisi”nin təkrarlanmasının mümkünlüyü ilə bağlı sualını cavablandırarkən bu cür açıq mövqe ortaya qoyub.

Elxan SALAHOV

Oxşar xəbərlər