Bu sözləri Fransanın Aveyron departamentinin ali təhsil və tədqiqatlar üzrə prezidentinin müavini Bernar Ferran Rodezin azadlığı uğrunda mübarizə aparmış azərbaycanlı əsgərlərin xatirəsinin anım mərasimində deyib.
O bildirib ki, azərbaycanlı əsgərlər fransızlarla çiyin-çiyinə, birgə əməkdaşlıq çərçivəsində Fransanın azadlığı uğrunda mübarizə aparıblar: “Emosiya ilə dolu anlardır. Rodezin yerli əhalisinin nümayəndəsi qismində mən də bu anlara qoşuluram”.
Qeyd edək ki, Fransa Müqavimət Hərəkatında iştirak etmiş azərbaycanlı partizanlar İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı mübarizədə mühüm rol oynamış qəhrəmanlar arasında yer alırlar. Nasistlər tərəfindən əsir götürüldükdən sonra Fransaya aparılmış azərbaycanlı əsgərlər Fransa Müqavimət Hərəkatına qoşularaq, azadlıq uğrunda savaşan partizanlar kimi tarixə düşüblər. (AZƏRTAC)