23.12.2024, 03:05
AZ EN
28.09.2022, 11:45 472

Cahid Bağçı: Həm pis gündə, həm də yaxşı gündə Azərbaycanın yanında olmaqdan məmnunuq

XƏBƏRLƏR
  • Azərbaycan Qızıl Aypara  Cəmiyyətinin Türk Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlığı çərçivəsində Füzuli, Tərtər və Ağdam rayonlarının 16 məktəbində “Təhlükəsiz Oyun Meydançası” şagirdlərin istifadəsinə verilib. “Təhlükəsiz Oyun Meydançası” layihəsinin məqsədi minaların və müharibənin digər partlayıcı qalıqlarının mülki əhaliyə təsirini azaltmaq, uşaqların asudə vaxt keçirməsi üçün təhlükəsiz oyun yerləri yaratmaqla minalanmış ərazilərdə  uşaqların xəsarət və ölüm hallarının qarşısını almaqdır.

 Sentyabrın 26-da  “Mina risklərinin azaldılması” strategiyasına aid ənənəvi layihə olan “Təhlükəsiz oyun Meydancası”nın rəsmi açılış mərasimi kerçəkləşmişdir. Tərtər rayonunu Eloğlu kəndində keçirilən açılış mərasimində Türkiyənin Azərbaycandakı  səfiri cənab Cahit Bağçı, bu ölkənin Gəncədəki baş konsulu Zəki Öztürk Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Türk Qızıl Aypara Cəmiyyyətinin icraçı katibi Ceyhun Mirzəyev, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Tərtər, Ağdam, və Bərdə rayon bölmələrinin sədrləri və könüllüləri, Türkiyənin qurum və təşkilatlarının nümayəndələri və şagirdlər iştirak ediblər.

Türkiyənin Bakıdakı səfiri Cahit Bağçı həm yaxşı gündə, həm də pis gündə Azərbaycanın yanında olmaqdan məmnun olduğunu ifadə edərək, “Bu gün simvolik olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyəti vasitəsilə bu məktəbin bağçasında oyun meydançasını açdıq, təkcə Tərtərdə deyil, həm də Ağdam və Füzulidə.  Beləliklə,biz, bu gün ümumilikdə 16 oyun meydançası açırıq”-, deyə bundan məmnun olduğunu bildirib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər