12.07.2025, 12:50
AZ EN
13.05.2025, 15:17 234

3 ayda 2400 Türkiyə vətəndaşı Ermənistana gedib

XƏBƏRLƏR
  • 2025-ci ilin yanvar-mart aylarında Ermənistana ümumilikdə 386 min 741 turist səfər edib. Həmin turistlər arasında Türkiyə vətəndaşlarının üstün paya sahib olması diqqətdən yayınmayıb.

"Vətən səsi" Ermənistanın Milli Turizm Təşkilatının yaydığı məlumata görə, bu il ölkəyə gələn xarici turistlərin sayı ötən illə müqayisədə 11,3 faiz aşağı olub. Bu ilin geridə qalan birinci rübü ərazində Ermənistana səfər edən xarici turistlərin 144 min 72 nəfəri Rusiyadan olub ki, bu da ümumi göstəricinin 37,3 faizini təşkil edib. Ermənistanı Gürcüstandan 59 min 624 (15,4 faiz), İrandan isə 34 min 369 (8,9 faiz) turist ziyarət edib.

Ən maraqlı göstərici isə Türkiyədən olub. Belə ki, yeni ilin ilk üç ayında hələ münasibətlərin normallaşma ərəfəsində olması fonunda bu ölkədən Ermənistana 2422 ziyarətçi gedib.

Xatırladaq ki, son vaxtlar Türkiyə-Ermənistan münasibətlərində ciddi yaxınlaşma müşahidə olunur. Bu yaxınlaşmanın məntiqi nəticəsi mart ayında Ermənistan-Türkiyə sərhədindəki “Marqara” nəzarət-buraxılış məntəqəsinin açılması oldu. Məlum səbəblərdən 32 ildir bağlı olan Türkiyə-Ermənistan sərhədi “Ermənistandan Suriyaya humanitar yardım daşımaq” adı ilə martın ortalarında müvəqqəti olaraq açılıb. “Marqara” buraxılış məntəqəsi martın 31-də yenidən bağlandığı söylənilsə də, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşma prosesi yüksələn xətlə davam edir. Türkiyə vətəndaşların Ermənistana turist səfərlərinə maraq göstərməsi də münasibətlərin yaxşılaşmasının təzahürü hesab oluna bilər.

Elxan SALAHOV

Oxşar xəbərlər