18.07.2025, 01:42
AZ EN
06.05.2025, 14:15 255

Köçəryanla Sərkisyan Paşinyana qarşı birləşir

XƏBƏRLƏR
  • Ermənistanın sabiq prezidenti Robert Köçəryan Baş nazir postuna namizədliyini irəli sürərsə, keçmiş komanda yoldaşları onu dəstəkləyəcək.

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan parlamentindəki “Şərəfim Var” fraksiyasının rəhbəri Hayk Mamicanyan deyib. O, hazırkı Baş nazir Nikol Paşinyana qarşı impiçment məsələsində müxalifəti dəstəkləyib və bildirib ki, bu təşəbbüsün reallaşması istiqamətində mümkün olan addımları atacaqlar: “İstənilən real müxalifət namizədi ilə impiçment prosesinə məmnuniyyətlə başlayacağıq”.

Mamicanyan sabiq prezident Köçəryanın namizədliyindən danışarkən deyib ki, o, hələ yenidən hakimiyyətə qayıdışı barədə iddiasını Ermənistan ictimaiyyətinə elan etməyib: "Bəlkə özünün tərəfdarları ilə bu barədə danışıblar, onu bilmirəm. Amma parlamentin “Ermənistan” fraksiyası Köçəryanın Baş nazir postuna namizədliyini irəli sürərsə, biz də qoşulacağıq”.

Xatırladaq ki, Nikol Paşinyana qarşı impiçment təşəbbüsünün təşkilatçıları sabiq səfir Edqar Qazaryan və “Veto” hərəkatının rəhbəri Narek Malyandır. Köçəryanın lideri olduğu “Ermənistan” bloku təşəbbüsü dəstəklədiyini bildirsə də, hələlik bunun üçün zəminin olmadığını bəyan edib. Sabiq prezident Serj Sərkisyanın “Şərəfim Var” bloku da təxminən eyni bəyanatı verib.

Ermənistan parlamentinin sədri Alen Simonyan dünən uzun müddətdir gündəmdə olan müxalifət təşəbbüsünü “qeyri-ciddi” adlandırıb. Onun sözlərinə görə, müxalifətin hər belə cəhdi hakim “Vətəndaş Müqaviləsi” Partiyası və Baş nazir Paşinyanın reytinqini qaldırır.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR