"Vətən səsi" xəbər verir ki, bunu politoloq Zaur Məmmədov bildirib. O qeyd edib ki, vaxtilə Qarabağdakı həmkarlarını yolda qoyaraq İrəvana qaçan Vitali Balasanyanın Rusiya prezidenti Vladimir Putinə müraciət ünvanlaması da bununla əlaqəlidir: "Bu müraciət ermənilərin nə qədər alçaq və şərəfsiz olduğunu bir daha göstərir. Balasanyan da Şahramanyan kimi özünü Ermənuistanda təhlükəsiz hiss edərək ambisiyalarını bir daha üzə çıxartmağa başlayıb. Lakin Rusiyada yaxşı bilirlər ki, ermənilərin onlara tarixən heç bir köməkliyi dəyməyib. Əksinə, haylar əldə etdiklərinin əksəriyyətində onlara borclu olmalıdırlar. Bir sözlə, Balasanyan manipulyasiya ilə məşğuldur”.
Politoloq qeyd edir ki, Köçəryan və Balasanyanın fəallaşması, Ermənistanın daxili siyasətinin yaxın 2 ildə gərgin keçəcəyinə dəlalət edir. Onun fikrincə, bu məsələdə Ermənistanda keçiriləcək seçkilər də mühüm rol oynayır: “Seçkilərin yaxınlaşdığını nəzərə alsaq Rusiyanın dəstəklədiyi siyasətçinin kim olacağı maraq doğurur. Ermənistan daxilində Paşinyana dəstək daha çox olsa da, xarici qüvvə amili zəif dövlətçiliyi olan cəmiyyətlərdə vacib faktorlardandır. Koçaryan və Sarkisyanın hakimiyyəti dövründəki mənfi təcrübələri Ermənistan cəmiyyətində böyük inamsızlıq yaradıb. Ona görə də Koçəryan Paşinyanın rəhbərliyini tənqid edərək, ölkənin təhlükəsizlik və iqtisadiyyat sahələrindəki problemləri gündəmə gətirir. Bu fəallaşma, Ermənistanın siyasi mənzərəsində yeni müxalifət hərəkatlarının yaranmasına səbəb ola bilər".
Elxan SALAHOV