29.04.2025, 16:56
AZ EN
29.04.2025, 10:58 207

Paşinyanın Qərblə Rusiya arasında ikili oyunu

XƏBƏRLƏR
  • Ermənistanın Baş naziri Nikol Paşinyanın Estoniyaya rəsmi səfəri birmənalı qarşılanmır. Bu səfər Rusiya və Qərb arasında manevr imkanlarını məhdudlaşdıran Paşinyan hökumətini çıxılmaz durumu dəyişməyə yönəlib. Başqa sözlə, Nikol Paşinyan regional siyasətdə yol verdiyi səhvlərin zərərli olduğunu başa düşüb və indi vəziyyətdən çıxmaq üçün kömək istəyir.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, Paşinyanın Estoniyaya səfəri Qərbin Avropaya inteqrasiya yolunu tuttmuş İrəvanın üzərinə götürdüyü öhdəliklərlə bağlı Qərbin münasibətini yumşaltmaq məqsədi daşıyır. Belə ki, Nikol Paşinyan mayın 9-da MDB ölkələrinin rəhbərlərinin iştirakı ilə Moskvada keçiriləcək Qələbə paradında iştirak etmək üçün Rusiyaya səfər edəcək. Lakin Ermənistanın Qərbdəki ən yaxın tərəfdaşı Fransa başda olmaqla Avropa İttifaqı Moskvada keçiriləcək Qələbə paradına isti yanaşmır.

"Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali komissarı Kaya Kallas daha öncə bildirmişdi ki, bu təşkilatın üzvlüyünə namizəd olan ölkələr Moskvadakı hərbi paradda iştirak etməməlidir. Latviyanın xarici işlər naziri Baiba Braje isə bu qadağanı pozanlara qarşı sanksiyaların tətbiq edilə biləcəyinə eyham vurmuşdu. Ermənistan Avropa İttifaqına üzv olmaq istəyir, artıq bununla bağlı qanun layihəsi qəbul edilib. Belə olan halda Paşinyanın Moskvaya səfəri Avropa İttifaqında müsbət qarşılanmayacaq" - deyə, Ermənistan mətbuatı yazır.

Ermənistandakı "Hraparak" qəzeti Paşinyanın Estoniyaya səfəri etməsində bir neçə amil rol oynadığını yazır. Amma qəzet iddia edir ki, əsas məqsəd Moskavaya səfərin Qərb tərəfindən "bağışlanması"dır. Çünki hazırkı şəraitdə Ermənistan liderinin faşizm üzərində qələbəbinin 80 illik yubileyində iştirakdan imtinası ağır nəticələrə səbəb ola bilər: "Ona görə də Baş nazir Qərbə sadiqliyini nümayiş etdirmək və Moskvadakı hərbi paradda iştirak etmək məcburiyyətində qaldığını izah etmək məqsədilə Estoniyaya səfər edib".

Elxan SALAHOV

Oxşar xəbərlər