24.04.2025, 16:47
AZ EN
24.04.2025, 12:10 231

Deputat: Avropa İttifaqının Ermənistandakı missiyası casus şəbəkəsi yaratmaq istəyir

XƏBƏRLƏR
  • Avropa İttifaqının Ermənistandakı missiyası ölkədə casus şəbəkəsi yaratmaq istəyir.

Bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri, deputat Ramid Namazov parlamentin “Cənubi Qafqazda sabitliyə "sülh missiyası" adlı hibrid hücum” mövzusunda ictimai müzakirədə deyib.

"Missiya üzvləri məktəblərdə gənclərlə görüşlər keçirir. Azərbaycan sərhədləri boyunca kəşfiyyat işləri aparır. Açıqlamalarında isə silahsız qurum olduqlarını, Azərbaycana qarşı hər hansı bir işlər görmədiklərini irəli sürülürlər", - deyə deputat bildirib.

R.Namazov onu da bildirib ki, Aİ-nin missiyasının Ermənistana gəlişindən sonra sərhəddə 70-yə yaxın hərbi təyinatlı obyektlərdə tikinti və yenilənmə işləri aparılıb.

Komissiya tərəfindən müharibədən sonra peyk görüntələrindən istifadə etməklə Azərbaycan-Ermənistan şərti sərhədində və Ermənistan-İran sərhədində təhlillər aparılıb, təhlillər Avropa İttifaqının gəlişinə qədər və gələndən sonrakı dövrü əhatə edib:

"Avropa İttifaqının missiyasının Ermənistana gəlişindən sonra səngər, xəndəklər, sığınacaqlar yaradılıb. Əsasən bunlar Syunik, Tavuş, Ararat, Vayots Dvor, Qeqhartkunik bölgələri olub". (Report)

Oxşar xəbərlər