Bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov parlamentin “Cənubi Qafqazda sabitliyə "sülh missiyası" adlı hibrid hücum” mövzusunda ictimai müzakirədə deyib.
O bildirib ki, Prezident milli maraqlara uyğun müstəqil xarici siyasət həyata keçirir:
“Bu isə Qərbdə bəzi dairələrin maraqları ilə üst-üstə düşməyib. Bu səbəbdən həmin dairələr Avropa İttifaqının və onun müxtəlif dövlət institutlarının arxasında gizlənərək, erməni lobbisinin sifarişləri ilə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı təhdidlər, o cümlədən hibrid təhdidlər yaratmağa başladılar”.
Deputat qeyd edib ki, qərbdə olan bəzi qüvvələrin 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycana qarşı hibrit fəaliyyətləri daha aydın şəkildə özünü göstərməyə başlayıb. (Report)