20.04.2025, 07:32
AZ EN
31.05.2024, 11:25 422

Avropa Parlamenti rüşvət bataqlığında...

XƏBƏRLƏR
  • Belçika polisinin Rusiyanın müdaxiləsi işi ilə bağlı Avropa Parlamentinin ofisində axtarış aparması göstərdi ki, rüşvətxorluq Avropa institutlarında sistemli xarakter alıb. Bundan əvvəl də dünyada Aanti-korrupsiya günü qeyd olunduğu zaman Belçika polisi parlamentdəki korrupsiya şəbəkəsini ifşa etmişdir. Saxlanılan şəxslər arasında parlamentin vitse-prezidenti Yeva Kailinin də olması göstərdi ki, qurum, necə deyərlər, başdan iylənir. Araşdırmalar göstərdi ki, parlamentdəki korrupsiya şəbəkəsi genişdir. Rüşvət vermək üçün parlamentarilərin ətrafında hərlənən lobbi təşkilatları və qrupları isə çoxdur.

         “Bu gün müxtəlif Avropa platformaları daxilində təsissat daxili münaqişələrin müşayiət olunması, ayrıca olaraq da parlament daxilində səs-küylü hadisələrin  baş verməsi ona dəlalət edir ki, Avropa strukturları daxilində bir deqradasiya mövcuddur”. Bu sözləri millət vəkili Elşad Mirbəşiroğlu AzTV-yə məsələyə münasibət bildirərkən söyləyib.

Baş verənlər və aşkarlanan faktlar  sübut edir ki, Avropa Parlamenti rüşvət almaqla istədiyi siyasi və iqtisadi qərarlara təsir göstərir. Ölkəmizə qarşı qəbul edilən haqsız və yersiz sənədlər bunun əyani sübutudur. Şəbəkənin içində olan parlamentdəki anti-Azərbaycan qrupu Ermənistana dəstək ələdə etmək istəyən, həmçinin qanunsuz biznes fəaliyyəti göstərən erməni oliqarxlardan  küllü miqdarda rüşvət alır. Məsələn, erməni mafiyasının Belçikadakı əsas siması ədalət və demokratiya naminə ümumavropa erməni federasiyası təşkilatın prezidenti Kaspar Karampetyanın şəxsi biznesini qanunsuz almaz qaçaqmalçılığı ilə qurduğu sirr deyil. Bunun üçün o, avropalı məmur və deputatlara milyonlar paylayıb.

Milli Məclisin deputatı Tural Gəncəliyev açıqlamasında bildirib ki, hesablamalara görə,  Avropa İttifaqının  6 faiz ümumdaxili  məhsulu məhz korrupsiya, rüşvətxorluq faktları üzərində qurulmuşdur: “Bu, çox böyük bir vəsait deməkdir. Yüz milyardlarla dollar burda korrupsiya, rüşvətxorluq layihələri üzərindən, kanalları üzərindən Avropa siyasətçiləri tərəfindən bu vəsaitlər mənimsənilir və hansısa ölkələrin, hansısa  maraq qruplarının xeyrinə qərarlar çıxarırlar”.

Sözügedən son məsələ ilə bağlı Belçika polisi ifrat sağçı Almaniya üçün alternativ partiyasının parlament köməkçisinin əlaqələrini araşdırır. Son zamanlar bu partiyanın adı eyni tərkibli müxtəlif qalmaqallarla hallanır. Araşdırmalar aparıldıqca korrupsiya və rüşvətlə bağlı yeni adlar məlum olur. Bütün bu faktlar isə seçki ərəfəsində olan Avropa təssisatına qarşı çıxanların sayını artırır. Avropanın özündə belə  artıq Avropa İttifaqına və onun parlamentinə etibar qalmayıb.

Hazırladı:Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər