02.08.2025, 10:31
AZ EN
22.04.2025, 10:46 176

Kamran İmanov: Ermənilərin böyük həvəslə istinad etdikləri saxta əlyazmaların orijinalları tapılmır

XƏBƏRLƏR
  • Ermənilərin böyük həvəslə istinad etdikləri saxta mətnlərin, əlyazmalarının orijinalları adətən tapılmır, yaxud dəfələrlə sonrakı illərdəki köçürmələr şəklində əksini tapır.

Bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov aprelin 22-də Əqli Mülkiyyət Agentliyi və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Azərbaycan əraziləri haqqında etno-coğrafi hay-erməni hiylə və fitnələri” mövzusunda keçirilən konfransda deyib. 

Onun sözlərinə görə, bunların kökündə erməni saxtakarlığı dayanır:

“Mifologiyaya əsaslanan “böyük torpaqlar” stereotipi qonşularına qarşı ərazi iddiaları, müxtəlif növ mifologemlərdən irəli gələn “böyük erməni mədəniyyəti”, “sivilizasiyanın ilk erməni ocağı” mədəni oğurluqları erməniçilik təfəkküründə “təbilik” və “legitimlik” qazandırır. Mif stereotipləri müasir erməni identikliyini formalaşdırır, yaradılmış mifologemlər erməni siyasətçilərinin, xadimlərinin, alimlərinin, hətta kütlənin mövcud olan əxlaqına təsir göstərir". (Report)

Oxşar xəbərlər