Bunu Azərbaycan Prezidentinin Şuşa rayonundakı səlahiyyətli nümayəndəsi Aydın Kərimov “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı” ilinin bağlanış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Aşağı Gövhər Ağa və Çöl Qala məscidi qısa müddət ərzində bərpa olunub.
“Dahi Üzeyir Hacıbəyovun ev muzeyi də bərpa prosesindən sonra açılıb".
Xüsusi nümayəndə bildirib ki, artıq 1400-dən çox sakin Şuşa şəhərində yaşayır.
“Şəhərdə də bərpa-quruculuq işləri davam etdirilir və Prezident İlham Əliyevin tapşırıqlarının düzgün və vaxtında yerinə yetirilməsi Şuşanın dünyada nüfuzunun daha da artmasına səbəb olur və bu proses davam etdirilir”. (Report)