"Vətən səsi" xəbər verir ki, avropalı müşahidəçilər bir neçə maşında Qazaxla həmsərhəd ərazilərə gələrək vizual müşahidələrini davam etdiriblər. Onlar binoklla ətrafı, o cümlədən Azərbaycan ərazilərini izləyiblər. Müşahidəçilərin hərəkətləri Azərbaycan sərhədçilərinin tam nəzarəti altında olub.
Xatırladaq ki, Aİ müşahidəçiləri Ermənistanda 2023-cü ildə 2 il müddətinə yerləşdirilib, onların səlahiyyət müddəti 2025-ci ilin fevralında başa çatsa da, sonradan yenidən daha iki il uzadılıb. Özlərini qismən hərbiləşdirilmiş missiya statusunda aparan "avropalı binoklçular" demək olar ki, beynəlxalq etiket qaydalarını pozaraq fəaliyyətini davam etdirir.
Elxan SALAHOV