25.04.2025, 08:04
AZ EN
10.04.2025, 18:38 152

Maka Boçorişvili: Azərbaycanla Ermənistan arasında davamlı sülhə töhfə verməyə hazırıq

XƏBƏRLƏR
  • Gürcüstan həmişə dialoq üçün açıqdır və bölgədə davamlı sülhə nail olmaq istiqamətində öz töhfəsini verməyə hazırdır.

Bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Yunanıstanda keçirilən Delfi İqtisadi Forumunda panel müzakirəsi zamanı deyib.

“Biz dəfələrlə bəyan etmişik ki, Gürcüstan hər zaman sülh və dialoq üçün açıqdır. Biz hazırıq ki, öz töhfəmizi verək və hər iki tərəf arasında yekun tənzimlənmə üçün çalışaq. Məqsədimiz bölgədə davamlı sülhün təmin olunmasıdır”, - Boçorişvili vurğulayıb. (Report)

Oxşar xəbərlər