10.05.2025, 02:04
AZ EN
08.04.2025, 10:06 221

İrana hərbi müdaxilə riski erməniləri də qorxudur

XƏBƏRLƏR
  • ABŞ və İsralin İrana hücum təhlükəsinin artması erməniləri qorxuya salıb. İrana hərbi müdaxilə Ermənistanın regionda arxasız qalması və münaqişə vəziyyətində olan Azərbaycanla siyasi dialoqda mövqelərinin zəifləməsi deməkdir. Belə bir şərait Ermənistana yeni ərazi itkiləri ilə üzləşə bilər.

"Vətən səsi" xəbər verir ki, bu iddia ilə ABŞ-dakı nüfuzlu Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan çıxış edib. O, erməni mediasına müsahibəsində deyib ki, İranı məhv etmək planı İsrailin çoxdankı arzusu və Təl-Əviv üçün bunu indi həyata keçirmək çox əlverişlidir: “İki ssenari var: ya İranı danışıqlar masasına qayıtmaq üçün qorxudurlar, ya da ABŞ doğrudan da İrana hücum edəcək. Amma İran özünü müdafiə edə bilər, ilk növbədə Amerika hərbi bazalarını vuracaq, Yaxın Şərqdəki neft obyektlərinə hücum edəcək, bu da neftin qiymətini 4-5 dəfə artıracaq. Təbii ki, İsraili də vuracaq - İranın hipersəs raketləri var”.

Artur Xaçikyan hesab edir ki, ABŞ və İsrailin İrana hərbi müdaxiləsi ian məsələsidir. Onun sözlərinə görə, hərbi əməliyyatlar zamanı Rusiya İrana kömək edəcəklər: "Rusların İrana köməyi təbii ki, gizli şəkildə olacaq. Necə ki, Tehran Ukrayna müharibəsi zamanı Moskvaya kömək edib, indi də ruslar İrana dəstək verəcək. Amma İranın başı özünü müdafiə etməyə qarışacaq və Ermənistan da bundan böyük zərər görəcək. Çünki İrana hücum olarsa, Tehran artıq bizə kömək edə bilməyəcək və Azərbaycan bu fürsətdən istifadə edəcək".

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında birbaşa danışıqların başladığını elan edib.

Oxşar xəbərlər

SON XƏBƏRLƏR