"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan deyib. O, bildirib ki, Ermənistan və Azərbaycan “Sülhün və dövlətlərarası münasibətlərin bərqərar edilməsi haqqında” saziş layihəsi üzrə razılaşmanı və saziş üzrə danışıqların başa çatdığını rəsmən elan edib: "Məntiqlə razılaşdırılmış sənəd imzalanmalıdır və Ermənistan onun imzalanma yeri və vaxtı ilə bağlı məsləhətləşmələrə başlamağı təklif edir”.
Ermənistanın Baş naziri Nikol Paşinyan da özünün "X" hesabında paylaşım edərək sazişi imzalabağa hazır olduğunu yazıb: "Ermənistan və Azərbaycan arasında sülh sazişinin layihəsi razılaşdırılıb və imzaya hazırdır. Mən sazişə imza atmağa hazıram".
Elxan SAQLAHOV