Bu barədə Tacikistanın Xarici İşlər Nazirliyindən bildirilib.
"Əminik ki, bu sənədin tezliklə hüquqi cəhətdən möhkəmləndirilməsi Azərbaycan-Ermənistan münasibətlərinin tam normallaşması istiqamətində mühüm addım olacaq, Cənubi Qafqaz regionunun sabitliyinə və inkişafına töhfə verəcək", - məlumatda deyilir.
Xatırladaq ki, daha əvvəl Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri martın 13-də bəyanat yayaraq, Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını bildirib. (Report)