13.03.2025, 10:02
AZ EN
07.03.2025, 10:18 126

Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı bəyanatı ciddi qəbul edilmir

XƏBƏRLƏR
  • "Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı bəyanatını ciddi qəbul etmirəm. Artıq üç ilə yaxındır ki, eyni bu təkliflər və bəyanat var. Bu baxımdan Ermənistan Baş nazirinin Zəngəzur dəhlizi ilə bağlı son bəyanatlarında yeni nəsə təklif olunmayıb".

"Vətən səsi" xəbər verir ki, bunu keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Ermənistanın Baş naziri Nikol Paşinyanın Zəngəzur kommunikasiyaların marşrutu ilə bağlı bir neçə gün əvvəlki açıqlamasını şərh edərkən bildirib. O, qeyd edib ki, Paşinyanın həmin bəyanatı regionda marağı kənar oyunçulara hesablanıb: "İstək çox sadədir, ermənilər Azərbaycana Zəngəzur dəhlizi yox, digər istiqamətlərin istifadəsini təklif edirlər. Azərbaycanın mövqeyi Zəngəzur dəhlizindən sonra digər kommunikasiyaların da qarşılıqlı şəkildə açıla bilməsi ilə bağlıdır. Təcrübə onu göstərir ki, İrəvan beynəlxalq qanunlara uyğun hansısa addım atan deyil, bunu ondan yalnız təzyiqlə almaq mümkündür. Bu məsələdə Ermənistan öz durumunu anlamadan yenə də əvvəlki oyunlarını oynaya bilmə imkanının olduğunu düşünür. İndi də istəyirlər ki, köhnə tezisləri öz diasporları vasitəsi ilə yenidən tirajlasınlar. Ancaq onları himayə edən qüvvələr də artıq dünyada iflic vəziyyətindədir”.

Elxan SALAHOV

Oxşar xəbərlər