Konfransda Azərbaycan Respublikasının Macarıstandakı səfiri Tahir Tağızadə, Milli Məclisin deputatları Qaya Məmmədov, Əli Hüseynli, Cavanşir Feyziyev və Budapeştdəki Türk Dövlətləri Təşkilatının Baş Layihə Koordinatoru, beynəlxalq əlaqələr üzrə təhlilçi David Biro çıxış ediblər. Onlar beynəlxalq humanitar hüquq, mədəni irs, siyasi aspektlər, hüquqi perspektivlər, regional sabitlik, işğaldan azad olunmuş torpaqların bərpası, Qərbi Azərbaycana qayıdış hüquqları və regionun gələcək inkişafına təsiri mövzusunda fikir bildiriblər.
Macarıstan, Türkiyə, Almaniya, Hindistan, Qazaxıstan, Qırğızıstan və Lüksemburqdan olan 50-yə yaxın gənc iştirakçılar da bu konfransa qoşularaq fikir mübadiləsi aparıblar. Tədbirdə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi, bu ölkənin Azərbaycandakı səfirliyi, Budapeşt şəhərindəki Türkiyə və Pakistan diplomatik nümayəndəlikləri, eləcə də Türk Dövlətləri Təşkilatının Nümayəndəlik Ofisinin təmsilçiləri iştirak ediblər. (AZƏRTAC)