Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.
O xatırladıb ki, 2023-cü ildə Moskva və Rusiyanın digər şəhərlərində onun anadan olmasının 100 illiyi münasibətilə xatirə tədbirləri keçirilib, hazırda isə Rusiyada H.Əliyevin abidəsinin təməlinə simvolik daş qoyulub.
"Ucaldılacaq abidə ölkələrimiz üçün mühüm mədəni-humanitar hadisə olacaq", - M.Zaxarova qeyd edib və yeni birgə layihələrin gözlənildiyini əlavə edib. (Report)