"Vətən səsi" xəbər verir ki, bunu Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekoti Ermənistanın “İctimai” radiosuna müsahibəsində deyib. O, qeyd edib ki, rəsmi Bakının tələblərinə baxmayaraq, Fransa Ermənistana hərbi dəstəyini davam etdirəcək: "Ermənistanın müdafi silahları ilə təchizatına ehtiyac var. Ona görə də biz İrəvanın müdafiə avadanlıqları ilə təmin olunmasını davam etdirəcəyik. Digər istiqamət həm Ermənistanın özündə, həm də Fransada erməni hərbi kadrlarının hazırlanmasıdır. Həmçinin Ermənistan Müdafiə Nazirliyinə məsləhət xidmətləri göstəriləcək. Rəsmi Bakının bununla bağlı tələblərinə cavab olaraq deyə bilərəm ki, biz eyni məqsədlərlə davam edəcəyik”.
Fransalı səfir Azərbaycanla-Ermənistan arasında hərbi qarşıdurma barədə ehtimallara da münasibət bildirib. O, qeyd edib ki, tərəflər arasında sülh müqaviləsinin imzalanması vacibdir. Əks halda silahlı qarşıdurma ehtimalı həmişə aktual olacaq: “Bir ilə yaxındır ki, ciddi insident baş verməyib. Eyni zamanda, müşahidəmizə görə, ötən ilin yayından bəri sülh danışıqlarında ciddi irəliləyiş yoxdur. Buna görə münaqişə yenidən başlaya bilər. Amma təbii ki, danışıqlar prosesi davam etməlidir”.
Elxan SALAHOV