Tədbir Azərbaycan və Yaponiyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabe, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, fəxri qonaq qismində Xarici İşlər nazirinin müavini Elnur Məmmədov, Milli Məclis üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.
Qeyd edək ki, Yaponiyanın 126-cı imperatoru olan Əlahəzrət Naruhito 1960-cı il fevralın 23-də anadan olub. O, 2019-cu il mayın 1-də taxta çıxıb. (Report)