20.04.2025, 05:58
AZ EN
20.02.2025, 15:31 175

Ermənilər abxazlarla da qarşıdurmaya meyllənir

XƏBƏRLƏR
  • Abxaziyada keçirilən prezident seçkilərindən sonra muxtar respublikada yaşayan ermənilərlə yerli abxazlar arasında qarşıdurma yaranıb. Seçkilərin saxtalaşdırılması və nəticələrə təsir edən qanunsuzluqların səbəb olduğu mübahisələrin araşdırılması, baş verənlərə hüquqi qiymət verilməsi üçün Rusiya hökuməti də işə qarışıb.

"Vətən səsi" xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib. Onun sözlərinə görə, tərəflər arasında qarşıdurmaya səbəb olmuş faktların dəqiqləşdirilməsi zamanı yayılan məlumatlar qismən təsdiqini tapıb. Belə ki, Rusiya İstintaq Komitəsi Abxaziyada keçirilən prezident seçkiləri zamanı erməni əhalisinin hüquqlarının pozulması ilə bağlı yeni faktlar qeydə alıb.

İstintaq Komitəsinin nümayəndəsi xatırladıb ki, Rusiyadan kənarda cinayət törətmiş əcnəbi vətəndaşların hərəkətləri Rusiya vətəndaşlarına qarşı yönəldiyi təqdirdə Rusiya qanunvericiliyinə əsasən cinayət məsuliyyətinə cəlb oluna bilər.

Media və sosial şəbəkələrdə yayılan məlumatlara görə, fevralın 19-da Qaqra rayonunun Tsandripş kəndinə 20-dək avtomobillər gələn bir qrup naməlum şəxs yerli nümayəndələrlə mübahisə edib. Həmin şəxslər kənddə yerli nümayəndələrə və həmin yaşayış məntəqəsinin rəhbərlərinə təzyiq edərək, erməni əhalisini seçkilərdə iştirakdan imtina etməyə məcbur etməyə çalışıb. Svetlana Petrenkonun dediyinə görə, istintaq çərçivəsində zəruri ekspertizalar, o cümlədən linqvistik ekspertizalar təyin edilib. İstintaq hüquqi yardım üçün sorğu da göndərib.

Fevralın 17-də sosial şəbəkələrdə müxalifətin namizədi Adqur Ardzinbanın tərəfdarı Ənver Bqanbanın erməni icmasına qarşı sərt addımlar atmağa çağırdığı səs yazısı yayıldıqdan sonra vəziyyət gərginləşib. Daha sonra internetdə Ardzinba tərəfdarlarının erməni əhalisinə qarşı təhdidlərini təsdiqləyən yeni yazılar yayılıb.

Xatırladaq ki, 1900-cü illərin əvvəlində Osmanlıya xəyanət etdikləri üçün bu ölkədən qaçan ermənilərin məskunlaşdıqları əsas yerlərdən biri Abxaziya olub. O dövrdən bu günə qədər Abxaziyaya erməni axını dayanmadan davam edir. Həm Spitak zəlzələsi, həm I Qarabağ savaşı, həm də 44-günlük müharibədən sonra ermənilər Abxaziyaya üz tutub. Hazırda bu diyarda abxazdan çox erməni yaşayır. Onlar Abxaziyada daşınmaz əmlakları alaraq özününküləşdirirlər. Baxmayaraq ki, hazırkı qanunlar əslən bu diyarın sakinləri olmayanlara bu haqqı vermir.

Elxan SALAHOV

Oxşar xəbərlər