25.04.2025, 03:07
AZ EN
10.02.2025, 10:08 250

Fransa Ermənistana yeni silahlar göndərəcək

XƏBƏRLƏR
  • Qırx dörd günlük müharibənin acı məğlubiyyətini həzm edə bilməyən Ermənistan fəal şəkildə Azərbaycanla savaşa hazırlaşır. Bunun üçün Fransa Ermənistana yeni silahlar göndərməyə hazırlaşır.

"Vətən səsi" xəbər verir ki, bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə bildirilir. Qeyd olunur ki, Ermənistan yeni müharibəyə hazırlıqları planlı və məqsədyönlü şəkildə davam etdirir. Belə ki, Fransa Ermənistana veriləcək 26 ədəd "Bastion" zirehli transportyorundan 10 ədədinin istehsalını başa çatdırıb. Onların yaxın günlərdə Ermənistana tədarükü gözlənilir. Həmçinin, Paris artıq İrəvana 12 ədəd "Sezar" artilleriya qurğusu ötürüb. İlin sonunadək isə daha 24 belə silah Ermənistana veriləcək.

Xatırladaq ki, 44 günlük müharibədən sonra Ermənistanı Azərbaycana qarşı müharibəyə hazırlaşdıran Fransa 2023-cü ildə İrəvanla hərbi əməkdaşlıq və sülah təchizatı barədə razılığa gəlib. Razılaşmaya əsasən, Fransa Ermənistana müdafiə silahları göndərməyi öhdəsinə götürüb. Buraya gecəgörmə cihazları, GM200 radar stansiyaları da daxildir. Radiolokasiya stansiyaları düşmən təyyarəsini 250 km məsafədə aşkarlamağa imkan verir. Həmçinin hərbi əməkdaşlıq müqaviləsinin tərkib hissəsi olaraq ötən il Fransa Ermənistanın silahlı qüvvələri ilə birlikdə hərbi təlimlər də keçirib.

Fransa Ermənistana ilk partiyanı 2023-cü ilin sonunda göndərib. Əsasən “Bastion” tipli texnikalardan ibarət silahlar Gürcüstan üzərindən daşınıb.

Elxan SALAHOV

Oxşar xəbərlər