“Vətən səsi” xəbər verir ki, bunu Erməni Milli Konqresi partiyasının sədr müavini Levon Zurabyan deyib. Ermənistan Baş nazirinin Amerikaya işgüzar səfəri çərçivəsində Vaşinqtonda yerli erməni icmasının nümayəndələri ilə görüşündə səsləndirdiyi fikirləri şərh edən Zurabyan bildirib ki, Nikol Paşinyanın qondarma “erməni soyqırımı”na dair açıqlamalar Azərbaycan təbliğatını legitimləşdirir.
Levon Zurabyan Baş nazirinin Vaşinqtonda səsləndirdiyi açıq bəyanatları qondarma “erməni soyqırımı”nın tarixi gerçəkliklərdən uzaq olduğunu, Azərbaycan və Türkiyənin isə bu mövzuda haqlı çıxdığının sübutu kimi dəyərləndirilə bilər: “Baş nazir vəzifəsini tutan şəxs bu cür fikir səsləndirirsə, birbaşa Ermənistanda belə bir diskurs olduğunu deyir. Ermənistanın cəsur inqilabçı xadimi olan Paşinyan indi erməni xalqını “soyqırımı” tanımaq kursundan əl çəkməli olduğuna inandırır. Onun fikirləri Türkiyənin və Azərbaycanın haqlı olduğunu sübut edir. Həmin bəyanat Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları olduğunu iddia etməyə əsas verəcək. Bu, diversiyadır. Ermənistanın Baş naziri Nikol Paşinyan erməni xalqına və dövlətinə qarşı təxribat törədir. Nə oldu, Nikol, bəs Əzrayili kəsmişdin? Oğlan, bütün sənədləri dərc et”.
Elxan SALAHOV