20.04.2025, 06:44
AZ EN
15.09.2022, 12:45 509

Türkiyə səfiri: "Ermənilər atəşkəsi pozaraq Azərbaycanın sərhədlərinə aparan yolları minalayır"

XƏBƏRLƏR
  • "Ermənilər atəşkəsi pozaraq Azərbaycanın sərhədlərinə aparan yolları minalayır və bununla təcavüzünü davam etdirir".

Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Bakının işğaldan azad olunmasının 104-cü ildönümünə həsr olunan tədbirdə çıxışında deyib.

"Ermənilər Azərbaycan hərbçilərinin hərəkət etdiyi yollara minalar basdırıb. Təkcə 2021-ci ildə 1300 mina çıxarılıb. Həmin minalar 10 noyabr bəyanatından sonra - 2021-ci ildə döşənmiş minalar olub. Ermənilərin Qarabağ üzərində iddiaları bitmir, lakin cənab Prezident İlham Əliyevin dediyi kimi, dəmir yumruq yerindədir. Təəssüf ki, ərazilərin müdafiəsində şəhidlərimiz də olub. Allah onlara rəhmət etsin!", - səfir əlavə edib. (Report)

Oxşar xəbərlər