Bu barədə diplomatik nümayəndəliyin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan tərəfi Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) təşviqində davamlılığı və inklüzivliyi təmin etmək üçün transformasiya həllərinə sadiqliyini təsdiqləyib.
Tədbirdə COP29-un əsas nailiyyətləri, o cümlədən iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin gücləndirilməsinə yönələn Fəaliyyət Proqramı və “İqlim və Sağlamlıq üzrə Bakı COP Sədrliklərinin Varislik Koalisiyası”nın əhəmiyyəti vurğulanıb.
Həmçinin vurğulanıb ki, COP29-da müvafiq fəaliyyətlər nəticəsində yaranan impuls daha iddialı məqsədlər və gücləndirilmiş tərəfdaşlıq üçün əsas rol oynamalıdır.
BMT-nin Üzv Dövlətləri DİM-ə yaxından uyğun gələn COP29 öhdəliklərini və bəyannamələrini dəstəkləməyə dəvət edilib. (Report)