06.02.2025, 02:49
AZ EN
30.01.2025, 10:21 246

Erməni politoloq: “Azərbaycan söz sahibinə çevrilir"

XƏBƏRLƏR
  • “Qırx dörd günlük müharibədən sonra Azərbaycan özünü əvvəlkindən qat-qat artıq müstəqil hiss edir. Rəsmi Bakı müharibədə qazandığı qələbə nəticəsində müstəqil fəaliyyətə qadir olduğunu sübut edib”.

“Vətən səsi” xəbər verir ki, bunu erməni politoloq Aleksandr İsgəndəryan Ermənistan mətbuatına açıqlamasında bildirib. O, qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin 10 il əvvəl adi telefon zəngi ilə Ermənistanla Azərbaycan arasında istənilən münaqişəni dayandıra bilərdi. İndi isə vəziyyət Azərbaycanın xeyrinə çox dəyişib və Moskavadan gələn telefon zəngləri nəyisə dəyişə bilmir: “Çünki indi Azərbaycan prezidenti belə məsələləri həm də Ankara ilə həll edir”.

İsgəndəryan əlavə edib ki, Rusiya ilə yanaşı regionda böyük nüfuzu olan İranın da Qərblə münasibətləri İkinci Qarabağ müharibəsindən sonra kəskin şəkildə pisləşib. Onun sözlərinə görə, münasibətlərin bu şəkildə davam etməsi Azərbaycanın özünü daha azad və rahat hiss etməsinə şərait yaradır: “Rusiya-Azərbaycan münasibətlərindəki soyuqluq həm də onunla bağlıdır ki, Moskva Bakının regional məsələlərdə söz sahibinə çevrilməsi imkanların genişlənməsindən ehtiyat edir. Xüsusilə Azərbaycana məxsus sərnişin təyyarəsinin vurulmasından sonra Bakı Moskva ilə münasibətlərdə özünü  daha haqlı və güclü hiss edir: “2020-ci ildə Azərbaycan Rusiya helikopterini vuranda Bakı dərhal üzərinə düşən hər şeyi etdi, çünki Ukrayna müharibəsi yox idi. Aradan xeyli vaxt keçdi və 44 günlük müharibə nəticəsində Rusiya Cənubi Qafqazda hegemon olmaqdan çıxdı, bundan sonra Azərbaycan Türkiyəni bölgəyə buraxdı. Bu, Bakının imkanlar pəncərəsinin genişlənməsi ilə nəticələndi.Təyyarə ilə bağlı insident Azərbaycanın fərqli davranmaq qabiliyyətinə malik olduğunu göstərmək üçün bir fürsətdir. Eyni zamanda, Rusiya və Azərbaycanın 2020-ci ildən əvvəlki və 2022-ci ildən sonrakına nisbətən bu gün ümumi maraqları daha çoxdur və Azərbaycan Rusiya üçün Ermənistandan daha dəyərlidir”.

Elxan SALAHOV

Oxşar xəbərlər