24.01.2025, 22:42
AZ EN
24.01.2025, 09:55 180

Türkiyə və Azərbaycan Ermənistanla sərhədləri açmayınca...

XƏBƏRLƏR
  • Ermənistan rəhbərliyi Türkiyə və Azərbaycanla sərhədlərin açılmasını qarşıdakı yaxın dövr üçün prioritet vəzifə hesab edir.

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Davosda panel müzakirəsi zamanı bildirib: “Təəssüf ki, müstəqilliyimizin ilk günlərindən Türkiyə və Azərbaycan sərhədlərinin bağlanması səbəbindən iqtisadi təcridlə üzləşmişik. Bu da bizim regional və qlobal bazarlara çıxışımızı məhdudlaşdırır”.

Paşinyan deyib ki, Ermənistan ticarət yolları üçün vəziyyəti yaxşılaşdırmaq və sülhü təmin etmək üçün təkcə regionda deyil, həm də qlobal səviyyədə bu vəziyyəti dəyişməyə sadiqdir: “Bununla bağlı Azərbaycanla əlaqələr qurmaq, eləcə də Türkiyə ilə əməkdaşlıq qurmaq məqsədi daşıyan “Sülh kəsişməsi” layihəsini təqdim etmişik. İran və Gürcüstan da bu layihədədir. Bu, həm də Avropa İttifaqı üçün mühüm aspektdir”.

Baş nazirin fikrincə, bu layihələrin həyata keçirilməsi Ermənistan ərazisindən yeni ticarət yollarının açılmasına gətirib çıxaracaq. Bu da Avropa İttifaqının xeyrinə olacaq: “Azərbaycan ilə davamlı sülh bərqərar olmayınca bu layihə həyata keçə bilməz”.

Elxan SALAHOV

Oxşar xəbərlər