22.01.2025, 19:46
AZ EN
22.01.2025, 17:42 36

Rusiya və İranın Zəngəzur dəhlizində marağı...

XƏBƏRLƏR
  • Prezident İlham Əliyevin yerli televiziya kanallarına sonuncu müsahibəsi zamanı Zəngəzur məsələsini yenidən gündəmə gətirməsi heç də rəsmi Bakının bu marşruta Rusiya hərbçilərinin nəzarət etməsini istəməsi anlamına gəlmir".

"Vətən səsi" xəbər verir ki, bunu ümüstəqil analitik Şücaət Əhmədzadə “Eurasianet”ə açıqlamasında bildirib. O qeyd edib ki, Paşinyan və onun komandası Zəngəzur dəhlizinə nəzarətin Rusiyaya həvalə olunması barədə fikirləri dəstəkləmədiyini bir neçə dəfə bəyan edib. Eyni zamanda Azərbaycan tərəfi də dəhlizdə nəzarət və təhlükəsizlik funksiyasının üçüncü tərəfə berilə biləcəyinə dair hər hansı fikir söyləməyib: "Buna görə düşünürəm ki, Azərbaycan Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etməsi ideyasından eyni dərəcədə narazıdır. Əminliklə deyə bilərik ki, Zəngəzur dəhlizinə nəzarət edilməsi və təhlükəsizlik məsələsi daha çox erməni-rus mübahisəsidir”.

Ekspert hesab edir ki, Azərbaycan mütləq Ermənistanın dəhliz üzərində tam suverenliyini qurban verməsində israrlı deyil. Onun fikrincə, rəsmi Bakı Zəngəzur dəhlizi üçün “Kalininqrad modeli”nin tətbiq variantını da qəbul etməyə hazırdır. Ancaq regional siyasətdə böyük nüfuz və əsas söz sahibi olan Türkiyə və Rusiyanın buna razılıq verə biləcəyi sual altındadır: "Lakin kollektiv Qərbin bu varianta razılıq verməsi ehtimalı isə çox yüksəkdir. Qərb üçün ən önəmlisi odur ki, Zəngəzur dəhlizi açılsın və nə Rusiya, nə də İran həmin layihədə hər hansı formada iştirak imkanına malik olmasın".

Elxan SALAHOV

Oxşar xəbərlər