18.12.2024, 20:52
AZ EN
13.09.2022, 13:10 331

İqor Korotçenko: “Ermənistanın hərbi dəstək üçün KTMT-yə müraciəti hüquqi baxımdan qanunaziddir”

XƏBƏRLƏR
  • Ermənistanın hərbi dəstək üçün KTMT və Rusiyaya müraciət etməsi hüquqi baxımdan qanunaziddir.

Bunu rusiyalı siyasi ekspert, "Natsionalnaya oborona" jurnalının baş redaktoru İqor Korotçenko sosial şəbəkədə yazıb.

O qeyd edib ki, söhbət lokal sərhədyanı insidentdən gedir, həm də Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası olmayıb.

"Silahlı insidentin mənbəyi erməni tərəfi və onun silahlı təxribatlarıdır, Azərbaycanın addımları cavab və məcburi xarakter daşıyır, başqa sözlə "özünümüdafiə" kateqoriyasına daxil olur. Azərbaycan azad edilmiş ərazilərin dinc bərpası və inkişafı üzrə irimiqyaslı işlərlə məşğuldur, Ermənistan isə iki il əvvəlki vəziyyətdədir (revanşizm, təhdidlər, təxribatlar)", - ekspert yazıb.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. (Trend)

Oxşar xəbərlər